- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Arzu, olur ki, məntiq tanımaz və sərhəd bilməz. Hətta dərindən düşünmək işinin olmazsa-olmazı olan və "filosof" adlanan birinin məntiqdən vaz keçməsi qan qaraltmaqdan çox gülünc də görünə bilər. Eynən bu haldakı kimi.
Naxçıvan Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev deyir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.
İqtisadçı professor Qubad İbadoğlunun həbsindən 10 gün sonra İstanbul Universitetinin Türkiyədən gətirilən və eyni cinayət işində təqsirləndirilən doktorantı Fazil Qasımov indi onun məhkəməyə gəlməsini istəyir.
Sumqayıtda çalışan hakim də cəzalandırılıb.
Bakıda gənc qadının burun əməliyyatından öldüyünə görə estetik cərrah Sənan Mehdiyev həbs olunub.
"Ailə üzvlərimizlə, vəkillərlə görüşə, məhkəməyə, telefon zənglərinə aparılıb-gətiriləndə xüsusi davranışa məruz qalırıq. Bizi elə gizlədirlər ki...".
"Xəlil Rza gedəndə yalvardım ki, Orucu çox qoymayın ön cəbhəyə getsin"
"100 nəfər, bəlkə, daha çox saxlanılan olub. Onların bəziləri şəhərin mərkəzi hissəsindən tutulub".
Üstəlik, həm evi, həm də pulu müsadirə edildi.
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova 8 il həbs cəzası kəsilib. Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.
Qanunvericiliyə son dəyişikliklərdən sonra bölgədə ən az bələdiyyələrin düşəcəyi rayonlardan biri də Astara rayonudur.
Talış dilində uşaqlar üçün nəşr edilən "Honi" (Çeşmə) jurnalı rəhbərliyinin deməsinə görə, bir çox çətinliklərlə üzləşiblər.
C.Hacıyev plakatı qaldıran kimi məhkəmə binasının qarşısında olan polislər onu tutub maşına mindirib.
"Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirib və həbsimə qərar verilib".
R.Abbasov özünü təqsirli bilmir və həbsdə olan dostu, başqa bir ictimai fəal "Bəxtiyar Hacıyevin girovu" sayır.
Almaniya vətəndaşı olan azərbaycanlı Həmzə Məmmədli 1 il 8 aydır Bakıda həbsdədir. Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 6 il həbs cəzası kəsilib.
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. Bu bilgi gömrük generalının öz ifadəsində əksini tapıb.
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri, ilyarıma yaxındır həbsdə olan ictimai fəal Afiəddin Məmmədova prokuror 10 il cəza verilməsini istəyib.
Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rəfael Əliyev 145 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində təqsirli bilinib. Di gəl, məhkəmə ona şərti cəza verərək azadlıqda saxlamaq qərarına gəlib.
Bakıda casusluqda suçlanaraq bir ildən çoxdur həbsdə saxlanılan Fransa vətəndaşı, "Mercorama LC" şirkətinin baş direktoru Martin Rayan özünü qismən təqsirli bilir.
Davamı